Dövlət Statistik Komitəsi baş inzibati binanın yenidənqurulması və iki regional binanın tikintisi üçün layihə-smeta səndələrinin hazırlanmasına 79,9 min manat ümumi məbləğdə üç müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
"AT ve S" MMC DSK-nin baş inzibati binasının yenidənqurulması üçün layihə-smeta səndələrinin hazırlanması üzrə podratçı seçildi. 15 may 2018-ci il tarixində şirkətlə qeyd olunan işlərin icrasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 45,3 min manatdır”, - nazirlikdən qeyd ediblər.
Bundan əlavə, DSK Zərdab və Göygöl rayonlarında statistika idarələrinin inzibati binalarının tikintisi üzrə layihə-smeta səndələrinin hazırlanması məqsədilə "TFM-Smart Project" MMC-ni cəlb edib. Şirkətlə imzalanan müqavilələrin dəyəri müvafiq olaraq 16,7 min manat və 17,9 min manatdır. **
N.Abbasova