2016-2018-ci illərdə İqtisadiyyat Nazirliyi tərəfindən 271 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“İndiyədək 241 sahibkarlıq subyektinə 271 investisiya təşviqi sənədi verilib. Bu layihələr nəticəsində yerli istehsala 2,5 mlrd. manat investisiya yatırılacaq, 18 mindən çox yeni iş yeri açılacaq”, - deyə o, nazirlikdə keçirilən geniş kollegiya iclasında bildirib.*
A.Əzizov