İran İslam Respublikasının prezidenti Həsən Ruhani əmindir ki, Azərbaycan-İran münasibətləri daha da möhkəmlənəcək və genişlənəcək.
H.Ruhani Azərbaycan prezidenti İlham Əliyevi 28 may - Respublika Günü münasibətilə təbrik edeib.
“Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcəkdir”, - H.Ruhaninin təbrik məktubunda deyilir. **
F.İsazadə