Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Hazırda sahibkarlar tərəfindən 33 investisiya layihəsi təqdim olunub. Həmin layihələr 33 mln. manat həcmində qiymətləndirilir. İlkin mərhələdə 9 layihə reallaşdırılacaq, onlara 7,1 mln. manat investisiya yatırılıb”, - nazirlikdən qeyd ediblər.
“İndiyədək Masallı Sənaye Məhəlləsində iki sahibkar qeydiyyatdan keçib. Digər təqdim olunan layihələrin təhlili aparılır”, - nazirlikdən bildiriblər.
Masallı Sənaye Məhəlləsinin ərazisi 10 hektardır. **
B.Rüstəmbəyov