“Azəristiliktəchizat” ASC qaz avadanlıqları və ölçü cihazlırının tədarükçüsünü seçir. Bu barədə ASC-nin elanında qeyd olunur.
Seçim açıq tender üsulu ilə aparılır.
Tender iki lotdan ibarətdir: Qazanxanalarda qaz avadanlıqlarıvə onlar üçün ehtiyyat hissələrin satın alınması (Lot-1): qazanxana və istilik şəbəkələri üçün nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və onların ehtiyyat hissələrinin satın alınması (Lot-2).
Hər lotda iştirak haqqı 100 manatdır.
Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Təkliflərin qiymətləndirilməsi zamanı əsas meyarlar: analoji işlərin icrasında təcrübə, iddiaçıların maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında icrası.
Tender təklifləri iyunun 29-dək qəbul olunur. Tender proseduru iyulun 2-də baş tutacaq. **
N.Abbasova