Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF soya, mərci və noxud əkini, iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı, çörək və ədviyyat istehsalı və qablaşdırılması müəssisələrinin, eyni zamanda, Sabirabad Sənaye Məhəlləsində plastik tara və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.*
B.Rüstəmbəyov