Azərbaycan və Serbiya aviaşirkətləri iki ölkə arasında müntəzəm hava əlaqəsinin təşkilini planlaşdırır. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilir.
“Bazar ertəsi Serbiya prezidenti Aleksandr Vuçiçin Bakıya səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş”imzalanıb. Bu saziş tərəflərin təyin olunmuş aviaşirkətlərinə iki ölkə arasında müntəzəm reysləri açmaq imkanı verməklə yanaşı, Azərbaycanla Serbiya arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, saziş layihəsi üzrə danışıqlar prosesi 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu arasında Qarşılıqlı Anlaşma haqqında Memorandumun imzalanması ilə başlayıb. **
N.Abbasova