2017-ci ildə Bakı Metropoliteninin inkişafına dövlət büdcəsindən 36 mln. manat ayrılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Ötən il bu vəsaitlər 3-cü (bənövşəyi) metro xəttində "B-3"-"B-4"-"B-5" stansiyalarının, “3-cü metro xəttində “Xocasən” deposunun və “Xocasən” deposu-“Avtovağzal” stansiyası arasında tunelin və “Xətai-Yeni Günəşli” sahəsinin tikintisi, “Sahil” stansiyasının təmiri və digər işlərə yönəldilib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 24 stansiyadan ibarətdir. 2030-cu ilə qədər stansiyaların sayı 76-ya, metro xətlərinin ümumi uzunluğu isə 109 km-ə çatacaq.*
A.Əzizov