Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentİlham Əliyev və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Bu barədə dövlət başçısınəın saytında məlumat verilir.
“Qardaş Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar və beynəlxalq arenada əldə etdiyi nüfuzlu mövqe Türkiyə üçün də qürur mənbəyidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd edildiyinə görə xüsusi önəm daşıyan 2018-ci ildə ölkənizi regionun lider dövlətlərindən biri kimi görmək bizi həddən artıq sevindirir”, - təbrik məktubunda deyilir.
“Qısa bir müddətdə strateji səviyyəyə çatan və istər aramızdakı həmrəylik ruhu, istərsə də konkret əməkdaşlığımız baxımından dünyaya nümunə olan münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm”, - Türkiyə prezidenti qeyd edib. **
B.Rüstəmbəyov