Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlərə Bakı Şəhər İcra Hakimiyyətinə dövlət büdcəsindən 40 mln. manatın ayrılmasını tapşırıb.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
Vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılıb. **
B.Rüstəmbəyov