Türkmənistan təbii qaz ixracının şaxələndirilməsi variantlarını nəzərdən keçirir və Transxəzər qaz kəməri layihəsini gündəlikdən çıxarmayıb. Bunu Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Mırat Arçayev deyib.
"Transxəzər qaz kəməri layihəsi gündəlikdən çıxarılmayıb. bu kontekstdə bir neçə il əvvəl işə salınmş və ölkənin bütün qaz magistrallarını vahid sistemdə birləşdirən “Şərq-Qərb” qaz kəmərinə Türkmənistanın təbii qazının ixracı üçün mühüm boru kəməri infrastrukturu kimi baxmaq lazımdır", - deyə o, 23-24 may tarixlərində “Avaza” Milli Turizm Zonasında keçirilən IX Beynəlxalq Türkmənistan Qaz Konqresində (TGC-2018) çıxışı zamanı bildirib.
İllik gücü 10-30 mlrd. kubmetr qaz həcmində nəzərdə tutulan Transxəzər qaz kəməri Xəzər dənizinin dibi ilə Bakıya qədər çəkiləcək və daha sonra Cənub Qaz Dəhlizi boru kəməri sisteminə birləşəcək. Bu, Türkmənistan qazının Transadriatik (TANAP) və Trans-Anadolu (TAP) boru kəmərləri ilə Avropaya nəqlinə imkan verəcək.*