“AzerGold” ASC nəcib metal külçələrinin inkassasiyası (daşınması) və çatdırılması üçün şirkət seçimi üzrə tenderdən imtina edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Tender 2018-ci ilin fevral ayında elan olunub. Bundan sonra, mart, aprel və may aylarında tender üzrə təkliflərin müddəti 3 dəfə uzadılıb. Lakin, bu tender üzrə xidmətlər təklif edən şirkətlərin sayı 3-dən az olub. Bununla əlaqədar, qanunvericiliyə əsasən tenderin ləğv edilməsinə dair qərar qəbul olunub”, - şirkətdən qeyd ediblər.
“AzerGold” ASC 11 fevral 2015-ci il tarixində Azərbaycan preizidenti İlham Əliyevin fərmanı ilə yaradaılıb. **
A.Əzizov