Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində yaradılan Vasitəçilər komitəsinin ilk iclasında komitənin sədri seçilib. Bu barədə ASA-dan məlumat verilir.
“İlk iclasda Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin” baş kommersiya direktoru Xəyal Məmmədxanlının təyin olunması və bu barədə Birliyin Müşahidə Şurasına təqdimat verilməsi qərara alınıb”, - məlumatda deyilir.
İclasda qeyd olunub ki, 2018-ci ildə beş sığorta vasitəçisinin Birliyə üzv olub. Müşahidə Şurasının növbəti iclası zamanı daha iki vasitəçinin Birliyə üzv olması gözlənilir.
Cari ilin may ayında Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində Vasitəçilər komitəsinin yaradılması qərara alınıb. Komitə sıorta vasitəçiliyinə dair məsələlərlə məşğul olacaq.
ASA 2006-cı ilin dekabrında iki sığorta cəmiyyətinin – Azərbaycan Sığortaçılar Birliyinin (ASB) və Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının (ASCİ) birləşməsi nəticəsində yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təminatı, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
Hazırda ASA-nın rəhbərliyi Müşahidə Şurası tərəfindən həyata keçirilir. **
B.Rüstəmbəyov