Azərbaycanda 200 manatlıq əskinasların dövriyyəyə buraxılması müəyyən risklərlə bağlıdır. İqtisadçı Vüqar Bayramov belə hesab edir.
Xəbər verildiyi kimi, dünən AMB yeni 200 manatlıq pul nişanının təqdimat mərasimini keçirib. Mayn 24-dən etibarən əskinas dövriyyədə olacaq.
“Rəsmi məlumata görə, yeni əskinasın buraxılması pul nişanlarının dövriyyəısini sadələşdirmək və yığımlatın optimallaşdırılması məqsədi güdür. Eyni zamanda, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının müəyyən riskləri var”, - V.Bayramov özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması prioritetlərdən biridir. “Yeni əskinasın buraxılması alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq. Bundan əlavə, dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu həmçinin nflyasiya tendensiyalarının güclənməsinə səbəb olacaq”, - V.Bayramov hesab edir.
O hesab edir ki, hazırda Azərbaycanda xırda əskinasların azlığı müşahidə edilir. “Buna görə dövriyyədə xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı”, – V.Bayramlı vurğulayıb.
Hazırda Azərbaycanda 1,5,10,20,50 və 100 manatlıq əskinaslar dövriyyədədir. **
A.Əzizov