İyun ayında Avropa İttifaqı (Aİ) 2018-ci ildə Azərbaycanda biznes mühiti haqqında hesabat təqdim edəcək. Bu barədə Alman-Azərbaycan Ticarət Palatasının məlumatında deyilir.
"2018-ci il iyunun 5-də Aİ-Azərbaycan biznes forumu keçiriləcək. Foruma 500-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Aİ-nin 2018-ci ildə Azərbaycanda biznes mühiti haqqında hesabatı təqdim olunacaq”, - deyə məlumatda bildirilir.
Biznes forumda, həmçinin Avropa Komissiyasının qonşuluq siyasəti və Avropa İttifaqının genişləndirilməsi ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının Şərq tərəfdaşlığı departamentinin direktoru Lourens Meredit, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və digər hökumət üzvləri iştirak edəcəklər.*
B.Rüstəmbəyov