ABŞ-ın Dini Etiqadlar Komissiyasının (USCIRF) Azərbaycanla bağlı hesabatı həqiqətə uyğun deyil. Bakı Amerika tərəfinə rəsmi cavab ünvanlayıb. Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
«Bakı USCIRF-in Azərbaycanda dini etiqad azadlığına dair hesabatına rəsmi cavab verib. Biz qətiyyətlə bildirdik ki, hesabatda əks olunan məlumatlar həqiqətə uyğun deyil. Azərbaycanda dini etiqad azadlığı dünyada ən qabaqcıl ölkələrdən belə yüksək səviyyədədir», - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, hesabatda çoxlu yanlışlığa yol verilib, 2-3 il əvvəlki faktı builki fakt kimi yazıblar. "ABŞ-da səfərdə olduğumuz zaman da bu məsələni müzakirə etdik. ABŞ səfirliyinə də bu barədə məlumat verilib. Azərbaycanda dini fəaliyyətə heç bir təqib yoxdur. Əgər bu və ya digər şəxs cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə hökmü ilə cəzalandırılıblarsa, bu şəxslər Cinayət Məcəlləsində bu və ya digər maddələri pozduğuna görə cəzalandırılıblar. Din xadimi başqa bir əməl törətdiyinə görə həbs olunubsa, bunu dini etiqad azadlığına bağlamaq düzgün deyil”, - deyə M.Qurbanlı qeyd edib.*
F.İsazadə