Hazırda bazarda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin payı təqribən 31% təşkil edir. Bunu “Moody`s”in maliyyə institutları üzrə analitiki Pyotr Paklin bu gün Bakıda agentliyin Azərbaycan üzrə illik sammitində bildirib.
"Hazırda Azərbaycanın bank sektorunda ən çox sayda aktivlərin həcmi ABB-nin payına düşür - təxminən 31%. Bank sisteminin bütün aktivlərinin daha təxminən 30%-i 3 iri bankın payına düşüb - “PASHA Bank”, “Kapital Bank” və “Xalq Bank”. Qalan 39%-i digər bankların payına düşüb”, - P.Paklin deyib.
Onun sözlərinə görə, ABB-nin təkrar strukturlaşdırılan “toksik aktivlər”in həcmi 15 mlrd. manata yaxın qiymətləndirilir.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna Azərbaycan Beynəlxalq Bankı 14,7 mlrd. manat ümumi məbləğdə problemli aktivləri “Aqrarkredit” QSC-yə ötürüb. **
N.Abbasova