Azərbaycan pezidenti İlham Əliyev mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı İ.Əliyevə məlumat verdi.
Məlumat verildi ki, kompleksin ərazisində 1,026 min ailəlik 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası, 220 yerlik ikimərtəbəli uşaq bağçası və 32 nömrəli köçkün tam orta məktəbi inşa olunub.
Dövlət başçısı burada yaradılan şəraitlə tanış oldu. **
F.İsazadə