Rumıniyanın "Tarom" aviaşirkəti 2018-ci ilin sonunadək Buxarest-Bakı istiqamətində birbaşa aviareys açacaq. Bu barədə Rumıniya mətbuatı xəbər verir.
“Şirkət Bakı, Odessa, Tbilisi və Yerevan istiqamətində uçuşlar həyata keçirməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.
“Uçuşlar “Airbus 318” təyyarələri ilə həyata keçiriləcək. Uçuşların tezliyi barədə məlumat verilmir.*
N.Abbasova