Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində məcburi köçkün olan 20 mkin şəxs bu il yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park”yaşayış kompleksinin açılış mərasimində deyib.
“Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq”, - İ.Əliyev bildirib.
Həmçinin prezident qeyd edib ki, məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir.
“Qeyd etdiyim kimi, yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq”, - dövlət başçısı vurğulayıb. **
B.Rüstəmbəyov