Fövqəladə Hallar Nazirliyi Xəzər dənizindən içərisində şəxsiyyətləri məlum olmayan 2 nəfərin olduğu rezin qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görür.
“Cümə axşamı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 13:00 radələrində dənizdə, sahildən təxminən, 90 km dənizin içinə doğru, içərisində şəxsiyyətləri məlum olmayan 2 nəfərin meyiti olan rezin qayıq aşkarlanması barədə məlumat daxil olub”, - “İnterfaks-Azərbaycan” agenliyinə FHN-dən məlumat verilib.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub.
“Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür. Əlavə məlumat ictimaiyyətə veriləcək”, - nazirlikdən qeyd ediblər. **
N.Abbasova