Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqındasərəncam imzalayıb.
Sərəncamın mətni və əfv olunanların siyahısı dövlət başçısının saytında dərc olunub.
Sərəncam 634 nəfərə şamil edilib.
Onlardan 607 nəfər cəzanın çəkilməmiş hissəsindən, 9 nəfər - azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum olmaqdan, 6 nəfər - islah işləri cəzasına məhkum olmaqdan, 11 nəfər - cərimə cəzasına məhkumolmaqdan, daha bir nəfər - azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış cəzadan azad olunub.
Əfv olunanların arasında 12 nəfər 2015-ci ilin dekabr ayında Nardaran hadisələri və Azərbaycanda qadınların hicab örtməsinə dəstəyə görə Təhsil Nazirliyi qarşısında islamçıların piket zamanı həbs olunan şəxslər, o cümlədən AXCP-nin fəalı və müxalif jurnalist var. **
F.İsazadə