Almaniya Bakı ilə energetika sahəsində siyasi dialoqu inkişaf etdirməkdə maraqlıdır. Bunu Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer deyib.
“Birgə iqtisadi maraqlarımızla yanaşı, biz xüsusilə energetika sahəsində siyasi dialoqu inkişaf etdirmək və mədəni əməkdaşlığı genişləndirmək istəyirik. Biz Avropa İttifaqı ilə ölkəniz arasında əlaqələri yeni sazişə əsaslanan müstəvi üzərində qurmaq istəyirik”, - deyə onun mayın 28-də qeyd edilən Respublika Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunun mətnində vurğulanır.
Almaniya prezidenti bildirib ki, Avropa Şurasında və ATƏT-də Azərbaycanla əməkdaşlığı davam etdirmək arzuolunandır.
“Almaniya gələcəkdə də Azərbaycan ilə dostluq bağlarını gücləndirməyə və əməkdaşlığımızı intensivləşdirməyə səy göstərəcək”, - deyə F.Ştaynmayer qeyd edib.*
N.Abbasova