Rusiya Azərbaycanla strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid edir. Bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
“Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəlikdə olan mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar”, - V.Putinin 28 may Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
O cümlədən, V.Putin qeyd edib ki, Azərbaycan iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb və beynəlxalq aləmdə çox böyük nüfuzu var.
“Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hər vasitə ilə möhkəmləndirəcəyik”, - Rusiya lideri vurğulayıb. **
N.Abbasova