Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin yanvar-mart aylarında valyuta hərraclarında $1 mlrd. 310 mln. məbləğində valyuta satıb, bu da ötən ilin analoji dövrünün göstəricisindən 65,2% çoxdur. Bu barədə Mərkəzi Bankın pul siyasətinə dair hesabatında deyilir.
“2018-ci ilin birinci rübündə AMB 23 valyuta hərracı təşkil edib . Həmin hərraclarda ARDNF 2017-ci ilin yanvar-mart aylarında $793 mln.-a qarşı $1 mlrd. 310 mln. məbləğində valyuta satıb, yəni satış həcmi 65,2% artıb”, - hesabatda qeyd olunur.
Hazırda ARDNF valyuta hərraclarında əsas valyuta satışı mənbəyi kimi çıxış edir.
Fond 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində valyuta satıb, bu da 2016-cı ilin göstəricisindən 26,3% azdır. **
A.Əzizov