Ədliyyə Nazirliyinin Penitensiar Xidməti prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlayıb.
Sərəncam 634 nəfərə şamil olunub.
Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.
Əfv olunanların arasında 12 nəfər 2015-ci ilin dekabr ayında Nardaran hadisələri və Azərbaycanda qadınların hicab örtməsinə dəstəyə görə Təhsil Nazirliyi qarşısında islamçıların piket zamanı həbs olunan şəxslər, o cümlədən AXCP-nin fəalı və müxalif jurnalist var.
Həmçinin sərəncamla 42 xarici vətəndaş və vətəndaşlığı olmayan 3 nəfərin vaxtından əvvəl cəzadan azad olunması nəzərdə tutulur.
Əfv olunanalar arasında 12 nəfər Gürcüstan, 6 nəfər Rusiya, 5 nəfər Çin, 4 nəfər İran, Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşları var. **
F.İsazadə