31 mart 2018-ci il tarixinə Mərkəzi Bankın (AMB) depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlər üzrə qalıq 1,3 mlrd. manat təşkil edir.
“2018-ci ilin yanvar-mart aylarında AMB tərəfindən 15 depozit hərracı və notların yerləşdirilməsi üzrə 12hərrac keçirilib. Depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlər üzrə qalıq 1,3 mlrd. manat təşkil edir”, - AMB-nin birinci rüb ərzində pul siyasətinə dair icmalında deyilir.
AMB-nin məlumatına görə, 2017-ci il mart ayının sonuna depozit hərracları vasitəsilə cəlb etdiyi vəsaitlər üzrə qalıq vəsait 700 mln. manat, notların yerləşdirilməsi üzrə - 600 mln. manat həcmində qiymətləndirilir.
“Depozit hərracları vasitəsilə vəsait 14 gün, notların yerləşdirilməsi vasitəsilə - 28 gün müddətinə cəlb olunur”, - AMB-dən vurğulanıb.
31 dekabr 2017-ci il tarixinə Mərkəzi Bankın (AMB) depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlər üzrə qalıq 1 mlrd. 939 mln. manat təşkil edib.
**
A.Əzizov