Mayın 27-də Fransanın xarici işlər naziri Jan-İv Le Drian Bakıya səfər edəcək.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Mayın 27-də J.İ.Le Drian Bakıya səfər edəcək. O, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Həmçinin mayın 27-də Azərbaycan və Fransa XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Jan-İv Le Drian Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. **
F.İsazadə