2019-cu ilin may ayında Bakıda Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə Dövlət Turizm Agentliyindən məlumat verilib.
“Bu tədbirin Bakıda keçirilməsi Azərbaycan ilə ÜTT arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, dünya ölkələri arasında imicinin daha da artırılması və ölkənin cəlbedici turizm məkanı kimi potensialının daha geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir”, - DTA-dan qeyd ediblər.
ÜTT İcraiyyə Şurasının Bakıda keçirilməsinə dair qərar təşkilatın İcraiyyə Şurasının İspaniyanın San-Sebastian şəhərində 23-25 may tarixində keçirilən 108-ci sessiyasında qəbul edilib. **
F.İsazadə