2018-ci ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 5% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilir.
2018-ci il mart ayının sonuna olan məlumata əsasən, Azərbaycan 31 ay ərzində malların və xidmətlərin idxalının ödənişi üçün kifayət qədər strateji valyuta ehtiyatlarına malikdir. Bütövlükdə, ölkənin valyuta ehtiyatları xarici borcu 3 dəfə üstələyir”, - bankdan qeyd ediblər.
Öncə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmova istinadən məlumat verilib ki, birinci rübdə Azərbaycanın valyuta ehtiyatları $2,2 mlrd. artıb.
2017-ci ilin sonuna ehtiyatlar $42 mlrd. təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır. **
A.Əzizov