Dövlət Gömrük Komitəsi (DGK) vahid elektron xidmət şəbəkəsinin təkmilləşdirilməsinə həsr olunmuş konfrans təşkil etməyi planlaşdırır. Bunu komitənin sədri Səfər Mehdiyev deyib.
«Konfransın gedişində biz sahibkarların əldə etmək istədikləri xidmətlərlə bağlı arzu və təklifləri ilə tanış olacağıq. Biz də öz növbəmizdə onlara bu xidmətləri göstərməyə hazır olacağıq», - deyə o, “Sahibkarlar Günü”nə həsr olunmuş konfransda bildirib.
S.Mehdiyev qeyd edib ki, DGK gömrük bəyannaməsinin təqdim edilməsi prosedurunun sadələşdirilməsini davam etdirəcək. «Yaxın vaxtlarda komitə sahibkarları malların dövlət sərhədindən keçməsi proseduru haqqında SMS-məlumatlandırma sistemini işə salacaq», - deyə sədr vurğulayıb.*
B.Rüstəmbəyov