Milli Məclisin sədri Oqtay Əsədov mayın 26-da Tbilisi şəhərində səfərdə olacaq. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
“O.Əsədov Gürcüstan ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edəcək”, - parlamentdən qeyd ediblər.
Parlamentin sədri həmçinin Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masada çıxış edəcək.
Səfər çərçivəsində O.Əsədovun ikitərəfli görüşləri planlaşdırılır. **
F.İsazadə