Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Azərbaycanın şəhər vərayonlarında kiçik və orta biznes evləri yaratmağı planlaşdırır. Bu barədə agentliyin icraçı direktoru Orxan Məmmədov məlumat verib.
"Beynəlxalq təcrübə göstərir ki, bir struktur tərəfindən kiçik və orta sahibkarlıq sektoruna “bir pəncərə” prinsipi ilə xidmətlərin göstərilməsi xidmətlərin daha da keyfiyyətli olmasına imkan verir", - deyə o bildirib.
İcraçı direktorun sözlərinə görə, bu amillər nəzərə alınmaqla agentlik ölkənin şəhər vərayonlarında kiçik və orta biznes evləri yaratmağı planlaşdırır. “Bu yeniliyin əsas məqsədi operativlik, şəffaflıq və rahatlığın təmin olunmasıdır”, - deyə qeyd edib.
O.Məmmədov vurğulayıb ki, bu tədbirlər güzəştli maliyyə mənbələrinə, xarici bazarlara çıxışın, qabaqcıl modellərin tətbiqinin asanlaşdırılmasına, sahibkarların maraqlarının qorunmasına yönəldiləcək.*
B.Rüstəmbəyov