Azərbaycan Beynəlxalq Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kreditin verilməsini nəzərdə tutan niyyət protokolu imzalayıb. Bu barədə ABB-dan məlumat verilir.
“Kənd təsərrüfatı sahəsində layihələr üzrə verilən kreditlərin maksimal məbləği 200 min manatadək olacaq. Kreditlər 7% illik faiz dərəcəsi ilə veriləcək”, - bankdan qeyd olunub.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə ölkədə fəaliyyət göstərən 8 bank-kredit təşkilatı arasında protokol imzalanıb.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın kapitalında dövlətin payı 96,5% təşkil edir. **
B.Rüstəmbəyov