2018-ci ilin I rübündə Azərbaycanda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7%-i qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. Bu barədə Mərkəzi Bankın 2018-ci ilin I rübü üzrə Pul siyasəti icmalında qeyd olunur.
İstehlakçılar xərclədikləri vəsaitin 17,6%-ni geyim və ayaqqabıların, 6%-ni elektrik cihazları və mebelin, 0,7%-ni kompyuterlər, telekommunikasiya avadanlıqlarının, 1,2%-ni əczaçılıq məhsullarının, 5,7%-ni avtomobil yanacağının, 18,1%-ni digər qeyri-ərzaq mallarının alınmasına sərf ediblər.
Cari ilin I rübündə hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində qida məhsulları, içkilər və tütün məmulatları üçün orta hesabla ayda 146,6 manat, qeyri-ərzaq malları üçün isə 142,6 manat sərf edib.*
N.Abbasova