Prezident İlham Əliyev mayın 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fransa XİN başçısı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da danışıqlar aparacaq.
Jan-İv Lö Drian, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə də iştirak edəcək.*