Prezident İlham Əliyev iyulun sonunda Parisə səfər edəcək. Bunu Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drian deyib.
"Düşünürəm ki, qarşıdakı səfər zamanı hər iki ölkə prezidentləri ikitərəfli əməkdaşlıq sahələrini ətraflı müzakirə edəcəklər", - deyə o, mayın 17-də Bakıda bildirib.
Nazirin sözlərinə görə, Bakı və Paris intensiv dialoq aparır.
"Bakı və Paris arasında müzakirə oluna biləcək bir çox sahə və istiqamət mövcuddur", - deyə Jan-İv Lö Drian əlavə edib.*
F.İsazadə