Mayın 28-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı abidənin önünə əklil qoydu. **
B.Rüstəmbəyov