Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“E.Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində E.Məmmədyarov BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşlər keçirəcək.*
B.Rüstəmbəyov