Son illər ərzində ölkənin iqtisadi müstəqilliyi təmin olunur. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir - Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq.Bizim iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir”, - İ.Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda bildirib.
Prezident qeyd edib ki, Davos İqtisadi Forumunun hesabatına əsasən, rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir.
“Azərbaycan sosial dövlətdir. Sosial sahəyə ayrılan diqqət imkan verir ki, bir çox sosial problemlər öz həllini tapsın, o cümlədən sosial infrastrukturla bağlı olan layihələr.Biz təbii resurslarımızı - nefti insan kapitalına çevirmişik”, - İ.Əliyev vurğulayıb. **
B.Rüstəmbəyov