Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisində Azərbaycan və Türkiyənin vacib rolunu qeyd edir.
"TANAP layihəsinin vaxtında başa çatması bizim qürurumuzdur. Atdığımız birgə addımlar layihənin vaxtında tamamlanmasında mühüm rol oynayıb. Biz iyunun 12-də qaz kəmərini işə salacağıq”, - deyə o, Bakıda Cənub Qaz Dəhlizinin açılış mərasiminin iştirakçılarına ünvanladığı təbrik məktubunda bildirib.
R.T.Ərdoğan, həmçinin layihənin həyata keçirilməsində ABŞ və Aİ-nin də dəstəyini qeyd edib.*
F.İsazadə