Cənub Qaz Dəhlizi təbii qaza olan artan tələbat nöqteyi-nəzərindən böyük önəm kəsb edir. Bunu Qaz İxrac Edən ÖlkələrinForumunun(Gas Exporting Countries Forum, GECF)baş katibiYuriy Sentyurin deyib.
“2024-cü ilədək qaz ixracı 1,4 dəfə artacaq. Avropa bazarı daha cəlbedici olacaq, bu da yeni infrastruktura tələbat yaradacaq. Bu nöqteyi-nəzərdən, CQD vacib infrastrukturdur. Bütövlükdə bu layihə gələcək saziş və layihələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Əməkdaşlığımız Cənub Qaz Dəhlizinin reallaşdırılmasının mərkəzindədir”, - Y.Sentyurin çərşənbə axşamı Bakıda Cənub Qaz Dəhlizinin açılış mərasimində çıxışı zamanı bildirib.
O həmçinin məlumat verib ki, hazırda dünyada boru kəmərlərinin 63%-i qaz ixracı üçün istifadə olunur.
Çərşənbə axşamı Səngəçal terminalında Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilib. **
N.Abbasova