Cənub Qaz Dəhlizi (CQD) layihəsinin reallaşdırılması regionda enerji resurslarının şaxələndirilməsinə kömək edəcək. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Sandra Oudkirk deyib.
"ABŞ CQD-nin reallaşdırılmasını dəstəkləyir. Biz bu layihədə iştirak edən bütün ölkə və şirkətləri təbrik edirik. Layihənin həyata keçirilməsi regionda sabitliyin bərqərar olmasına və enerji resurslarının şaxələndirilməsinə kömək edəcək", - deyə o, bu gün Bakıda Cənub Qaz Dəhlizinin açılış mərasimində bildirib.
S.Oudkirkin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp da CQD-nin həyata keçirilməsinə dəstəyini bildirir.
Prezident İlham Əliyev bu gün Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
CQD-nin işə salınması mərasimi Səngəçal terminalında baş tutub.*
F.İsazadə