Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli şəffaflığın və xidmətlərin çevik təşkilinin təmin olunması üçün elektron xidmətlərin tətbiqini vacib hesab edir.
Əhalinin məşğulluğu sahəsində yaradılan İşçi qrupunun iclasında M.Kərimlibildirib ki, işsizlikdən sığorta ödənişinin verilməsi prosedurunun da elektron qaydada təşkili imkanları nəzərdən keçirilməlidir. “Bu, qeyd olunan ödəniş növünün təyinatı və ödənilməsi prosesinin tam şəffaflaşmasına və xeyli sadələşdirilməsinə səbəb ola bilər”, - o vurğulayıb.
Nazir müavini peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə İşçi qrupunü gördüyü işləri qeyd edib.
M.Kərimli, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb.
“İclasda həmçinin özünüməşğulluq proqramınınreallaşdırlması məsələlərinə toxunulub”, - nazilrikdən qeyd ediblər. **
B.Rüstəmbəyov