Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
V.Novruzovun yerinə DGK-nın Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.
DGK-nın Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə Hüseyn Həsənli təyin olunub.*
B.Rüstəmbəyov