Prezident İlham Əliyev mayın 29-da ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev ABŞ-ın Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
S.Oudkirk qeyd edib ki, Bakı və Vaşinqton arasında enerji sahəsində əməkdaşlıq Avropanın enerji təchizatının şaxələndirilməsi işinə töhfə verir.
“Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik ifadə olunub”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov