Cənub Qaz Dəhlizi layihəsi Mərkəzi Asiya, Qafqaz, İraq və Şərqi Aralıq dənizi ölkələrinə öz enerji resurslarını Avropa bazarına tədarük etməyə imkan yaradacaq. ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk belə hesab edir.
“Bu gün biz qazın Türkiyəyə nəqlini (CQD ilə - İF) qeyd edirik, yaxın zamanda isə müxtəlif ölkələrdən qazın Avropaya tədarükünü bayram edəcəyik. Genişlənən sistem vasitəsilə CQD Mərkəzi Asiya, Qafqaz, İraq və Şərqi Aralıq dənizi ölkələrinə öz enerji resurslarını Avropa bazarına yönəltməyə imkan verəcək”, - S.Oudkirk çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ “bu layihənin uğurlu inkişafına” ümid edir.
“ABŞ-ın hökumət qismində layihədə birbaşa iştirak etməməsinə baxmayaraq, müxtəlif şirkətlər vasitəsilə onun reallaşdırılmasını dəstəkləyirik. Bu, Avropanın enerji təhəlükəsizliyinin əsas amili kimi ABŞ-ın layihəyə verdiyi önəmin göstəricisidir. ABŞ öz tərəfdaşlarının enerji təhlükəsizliyinin tərəfdarıdır”, - o qeyd edib.
S.Oudkirk bu layihəni ABŞ-ın tərəfdaşları üçün Avropada özünün enerji təhlükəsizliyinin təminatı üçün yaxşı, yeni və etibarlı imkan hesab edir.
O əlavə edib ki, Azərbaycan enerji resursları ilə zəngindir, eyni zamanda ölkə alternativ enerji mənbələrinin inkişafına böyük diqqət ayırır. **
F.İsazadə