OPEC-in baş katibi Məhəmməd Barkindo hesab edir ki, neft bazarında sabitliyin təminatı məqsədilə kartelə daxil olan ölkələr OPEC+ üzvləri ilə əməkdaşlığı davam etdirməlidir.
“Neft hasilatının azalmasına dair bəyannamə imzalamaqla biz əməkdaşlıq üçün yeni əsr açdıq. Neft bazarına sabitliyə nail olmaq məqsədilə biz bu modeli inkişaf etdirməliyik. Sazişin qüvvədə olduğu 16 ay ərzində biz onun tarixi təsirinin şahidi olduq. Biz sabitliyin təminatı üçün OPEC və OPEC+ ölkələrindən ibarət koalisiya yaratdıq”, - M.Barkindo çərşənbə günü Bakıda Caspian Oil&Gas 2018 konfransında çıxışında bildirib.
O həmçinin OPEC və OPEC+ ölkələri arasında iri neft istehsalçılarını “hər kəsin qazanc əldə edəcəyi ”bu əməkdaşlığa qoşulmağa” və bununla “gələcəkdə rifah əldə etməyə” dəvət edib. **
N.Abbasova