Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının, tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Zaqatala rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.*
B.Rüstəmbəyov