“BP-Azerbaijan” şirkəti 2019-cu ilin ortalarında Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyunun qazma işlərinə başlamağı planlaşdırır.Bu barədə BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə koordinatoru GeriCons məlumat verib.
“Şəfəq-Asiman” perspektiv strukturunda üçölçülü (3D) seysmik tədqiqatlar aparılıb. Hazırda bu müqavilə meydançasında kəşfiyyat qazma işlərinə hazırlıq gedir. 2019-cu ilin ortalarında strukturda ilk kəşfiyyat quyunun qazma işlərinin başlanması planlaşdırılır Əgər qazma işlərinin nəticələrinə əsasən karbohidrogen sənaye ehtiyatları əldə olunarsa, o zaman bu yataq ikinci “Şahdəniz”ə çevrilə bilər”, - G.Cons çərşənbə günü Bakıda Caspian Oil&Gas 2018 konfransında çıxışında qeyd edib.
O həmçinin xatırladıb ki, bu yaxınlarda BP Xəzərin Azərbaycan sektorunda D230 perspektivli strukturun işlənməsi layihəsinin iştirakçısı olub.
“Əgər gələcək qazma işləri zamanı bu meydançada karbohidrogen sənaye ehtiyatları aşkar olunarsa, BP zəruri hasilat və nəqliyyat infrastrukturunun tikintisinə milyardlarla dollar məbləğində sərmayələr üçün səy göstərəcək”, - G.Cons vurğulayıb.
Xəbər verildiyi kimi, “Şəfəq-Asiman” strukturunda quyunun dərinliyi təxminən 6500-7000 metr təşkil edəcək, qazıntı zamanı burada yüksək təzyiq və temperaturlar gözlənilir. Struktur sahəsində dənizin dərinliyi 650-950 metr arasındadır. İlkin məlumatlara görə, məhsuldar qalın təbəqə təxminən üç kilometr təşkil edir və 5 km-dən 8 km-ə qədər dərinlikdən başlayır.
SOCAR-ın qiymətləndirmələrinə görə, , “Şəfəq-Asiman” strukturunun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton karbohidrogen təşkil edir.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 30 il müddətinə nəzərdə tutulub,.
Müqavilənin şərtlərinə görə, əgər tədqiqat proqramı neft ehtiyatlarını təsdiqləsə, onda hər 100 mln. barel neft üçün bonus $1 mln. təşkil edəcək. Blokda kommersiya işlənməsinin başlamasından sonra 3 gün ərzində $50 mln. məbləğində bonus ödənməlidir.
Bundan başqa, “BP Exploration” hər il müqavilə sahəsinin hər 1 kv. kilometri üçün Azərbaycana $2 min məbləğində akrhesabı ödənişlər verməlidir.
BP və SOCAR 26 aprel 2018-ci il tarixində Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzaladılar.
BP 50% işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50%-i isə SOCAR-a məxsus olacaq.
Bu blokda suyun dərinliyi 150-700 metr arası dəyişir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.
Öncə D230 blokunda heç bir iş aparılmayıb. Bu, tədqiq olunmayan ərazi Xəzərin Azətrbaycan sektorunun şimal hissəsində yerləşir. SOCAR üçün D230 bloku neft ehtiyatlarının aşkar olunması nöqteyi-nəzərindən perspektivli hesab olunur. **
N.Abbasova